Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra ediblər.Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçiriblər



