Narkotik alverçisi tutuldu
29 Sentyabr 2014 19:14
Şəmkir rayonunun Dağ Daşbulaqlı kənd sakini, 1990-cı il təvəllüdlü Dağıstan Seyfəli oğlu Hüseynov narkotik vasitə olan qurudulmuş marixuananı Şirvan şəhərində 3 min manata şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, onun üzərindəki bağlamaya baxış keçirilərkən 4,2 kiloqram yüksək keyfiyyətli qurudulmuş marixuana aşkar edilib. 24 yaşlı Şəmkir sakini narkotik vasitəni tanımadığı şəxsdən aldığını deyib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az