Azərbaycanda eyni vaxtda 5 avtomobil yandı

29 Sentyabr 2014 18:00

Qobustan rayonunda 5 avtomobil yanıb

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "Aqrotexniki servis" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə yığılmış 2 ədəd "VAZ", 2 ədəd "QAZ" və 1 ədəd "Moskviç" markalı minik avtomobillərinin yanar hissələri və 1 kv.m sahədə quru ot yanıb. Digər avtomobillər və yaxınlıqdakı anbar yanğından mühafizə olunub.

Yanğının səbəbləri araşdırılır.

Milli.Az