Şəhid olmuş zabitimiz torpağa tapşırıldı

29 Sentyabr 2014 16:59
Sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, leytenant Allahverdi Əbülfəz oğlu Baxışlı doğulduğu Hacıqabul rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, zabitin qulluq etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Hacıqabul və Xocəvənd rayonlarının icra hakimiyyətinin başçıları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak ediblər.

Şəhidin dəfn mərasimi fəxri qarovulun müşayiəti ilə və yaylım atəşləri altında həyata keçirilib. Qeyd edək ki, 1991-ci ildə Hacıqabul rayonunda anadan olan leytenant Allahverdi Baxışlı ailədə iki bacının bir qardaşı olub. Onun atası Müzəffər Baxışov 1994-cü ildə Ağdamda gedən döyüşlər zamanı şəhid olub. Müzəffər Baxışovun adı əbədiləşdirilərək yaşadığı küçəyə verilib.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Milli.Az