Vətəndaş məmurdan şikayətləndi, məmur isə "böhtandır" dedi

30 Sentyabr 2014 00:30
Dövlət məmurunun pul qazanmaq üçün maraqlı iş üsulu seçdiyi deyilir. Cəlilabad rayon Dovlət Sosial Müdafiə Fondunun baş mühasibi Pərviz İsgəndərovun pensiya alan köməksizlərin puluna göz dikdiyi iddia olunur.

Rəşad
adlı oxucu Milli.Az-a şikayətində baş mühasibin işinin peşəkarlığından deyil, rüşvət almaq sahəsində qeyri-adi bacarığından yazıb: "Pərviz İsgəndərov, demək olar ki, idarədə çalışan bütün işçilərin səlahiyyətlərini icra edir. Orta təhsilli olsa da, Pərvizin rüşvət almaq qabiliyyəti fərqlidir.

Pərviz İsgəndərov idarədə uzun müddət çalışmış Eyvaz və Zeyqəm adlı işçiləri də uzaqlaşdırıb. Səbəb isə həmin adamların Pərvizə hərəkətlərindən çəkinməsi ilə bağlı iradları olub. Pərvizin bu haqsızlığı idarə rəhbərini də qane edir. Əldə etdiyimiz məlumata görə, ilkin pensiya alan insanların sənədlərinin qəbulu üçün başlanğıc olaraq 80-100 manat tələb edirlər. Pərviz pensiya alan köməksiz insanlara köməklik etmək üçün onların müavinətlərinə göz dikir".

Dövlət Sosial Müafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Milli.Az-a açıqlamasında bidirdi ki, bu məsələ fond tərəfindən araşdırılıb və böhtan olduğu müəyyənləşdirilib. Çünki adları zərərçəkmiş kimi qeyd olunan işçilər bunun şər və böhtan olduğunu rəsmi şəkildə bildiriblər.

Gülər
Milli.Az