Roza Zərgərli: "Şəhərdə sürücülük mədəniyyəti yoxdur"
29 Sentyabr 2014 17:06
Müğənni Roza Zərgərli "Düzünü desək" verilişində sürücülük mədəniyyətindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 18 ildir avtomobil idarə etdiyini deyərək özünü ideal sürücü adlandırıb:
"18 ildir maşınım var. 6 ildir özümə sürücü götürmüşəm. Son 1 həftədir o, ziyarətə gedib deyə, maşınımı özüm idarə etməli oluram. Avtomobilim çox böyükdür, hərdən problemlərlə qarşılaşıram. Şəhərdə sürücülük mədəniyyəti yoxdur.
Sükan arxasında əyləşənin cinsiyyəti olmamalıdır. Hər kəs öz canını qorumalıdır. Kişilər bütün yol qaydalarının pozulmasında qadınları günahlandırırlar. Amma elə xanım var ki, kişidən qat-qat yaxşı sürücüdür. Qadın ilk əvvəl anadır, o evinə, övladının yanına qayıtmağı düşünür". Milli.Az