Uşaqlığının bir hissəsi Böyük Vətən Müharibəsi dövrünə təsadüf etdiyindən o qədər də rəvan keçməyib. Üstəlik, ailədə böyük uşaq olduğundan məsuliyyət həmişə onun çiyinlərinə düşüb. Təqdim edərkən titullarını, ordenlərini sadalamaq istəsək də, yalnız xalq şairi kimi təqdim edilmək istədiyini dedi. Müsahibimiz "Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Gecə yaman uzundur", "Payız gəldi" və s. yüzlərlə şeirinə mahnı bəstələnmiş Azərbaycanın xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocadır.Fikrət Qoca: "Yazıçılar Birliyinə daxil olub soruşdum ki, burda böyük kimdir?"




