Müğənni Eldar Qasımov özünü aktyor kimi də sınamaq istəyir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Onlar" verilişinə açıqlamasında rejissorlardan təkliflər gözlədiyini bildirib:
"İstərdim özümü bir az başqa tərzdə göstərim. Aktyor kimi tamaşaçı qarşısına çıxmağı arzulayıram. Manyak, qatil rolunda çəkilmək istəyirəm.
Seriallara dəvət almışam. Amma heç biri ürəyimcə deyildi. Aktyorluq təcrübəm var, bunu artırmaq istəyirəm. Rejissorlardan təklif gözləyirəm. Ümid edirəm ki, yaxşı ssenari gələcək". Milli.Az