Xəstə sərnişin İstanbul-Bakı təyyarəsini qalxmağa qoymadı

29 Sentyabr 2014 15:48
İstanbuldan Bakıya uçan təyyarədə gecikmə baş verib
Sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, İstanbudan Bakıya uçan AZAL-a məxsus təyyarə limanda yubanıb.

Saat 12:20-də (Bakı vaxtı ilə saat 14:20) havaya qalxmalı olan təyyarə, hələ də, hava limanındadır.

Buna səbəb isə sərnişinlərdən birinin halının pisləşməsi olub.

Milli.Az