"Bavariya"da ciddi itki

29 Sentyabr 2014 15:53

"Bavariya" Çempionlar Liqasının qrup mərhələsində CSKA ilə sabahkı matça ciddi itki ilə çıxacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Jerom Boatenq zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməcəyək.
 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi J.Boatenq Almaniya bundesliqasının 6-cı turunda "Köln"lə görüşdə zədələnib.

Milli.Az