"Sent-Etyen"in hücumçusu sıradan çıxdı

29 Sentyabr 2014 15:44

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Mövlud Ərdinç zədələnərək sıradan çıxıb.
 

"Marsel"lə səfər matçının ilk hissəsində arxa əzələsindən zədələnən türkiyəli futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 27 yaşlı futbolçunun "Avro-2016"nın seçmə mərhələsində Çexiya və Latviya ilə oyunlarda Türkiyə millisinə kömək etmək şansının çox az olduğu bildirilir.
 

Qeyd edək ki, "Marsel" - "Sent-Etyen" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Milli.Az