BƏƏ tarixində ilk hərbi çağırışda 150 qadın orduya könüllü yazıldı
29 Sentyabr 2014 14:58
BƏƏ tarixində ilk dəfə orduya hərbi çağırış elan edilib
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hərbi çağırış çərçivəsində 150 qadın könüllü olaraq orduya yazılıb.
Çağırışçıların ümumi sayı 7 mindən çox olub. Bu ölkədə hərbi xidmət 18-30 yaş arası kişilər üçün məcburidir, qadınlar üçün isə könüllüdür.
Qadınlar zərif cinsin nümayəndələrinin rəhbərliyi altında ayrıca düşərgələrdə hərbi xidmət keçirlər.
Orta məktəb məzunları 9 ay, orta məktəbi bitirmək haqqında diplomu olmayanlar isə 2 il hərbi xidmətdə olmalıdırlar. Qiymətləri yaxşı olan məzunlar universitetə tövsiyə oluna və hərbi xidmətdən möhlət hüququ ala bilərlər.