Şəkidə oğurluqla məşğul olan qadınlar tutulublar

29 Sentyabr 2014 14:37

Şəkidə oğurluqla məşğul olan qadınlar tutulublar

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də şəhər sakini Azər Əsədullayevin evindən qızıl əşyalar oğurlamış Yevlax şəhər sakini Gülşən Bəkirova və Ağdaş şəhər sakini Zoya Rəşidova tutulublar.

Milli.Az