Rusiyada yeni narkotik 150 nəfəri zəhərlədi

29 Sentyabr 2014 14:28
Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərində və Surqut rayonunda naməlum narkotikdən zəhərlənənlərin sayı 150-yə çatıb.

Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, söhbət qadağan olunmuş preparatlar siyahısına daxil edilməyən və internet vasitəsilə satılan qarışıqdan gedir.
Qeyd edək ki, bu yaxınlarda Kirov vilayətində polis yeni növ narkotik satan iki şübhəli şəxsi saxlayıb.

Milli.Az