BlackBerry Passport rekord vurur

29 Sentyabr 2014 20:15
Kanadanın BlackBerry şirkətinin nümayəndəsi bəyan edib ki, artıq ötən həftə satışa çıxarılmış qabaqcıl BlackBerry Passport smartfonunun 200 min nüsxəsini satıb. Hazırda sözügedən smartfon yalnız ABŞ-da və Kanadada satılır və qiyməti 600 dollar təşkil edir.

BlackBerrynin baş direktoru Con Çen bildirib ki, Passport smartfonu şirkətin saytında 6 saata və Amazon.com saytında 10 saata satılıb. Xatırladaq ki, Passport smartfonu ötən həftənin cümə axşamı satışa çıxarılıb. Kanada şirkəti öz yeni qurğusunu iPhone 6 və 6 Plus smartfonlarına cavab kimi qələmə verir. Müqayisə üçün, üç gün ərzində Appleın yeni smartfonlarının satış həcmi 10 milyonu ötüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Passport smartfonu Con Çenin şirkətin baş direktoru vəzifəsinə gəlişindən bəri BlackBerrynin birinci yeni qurğusudur. Çen BlackBerrynin yeni baş direktoru vəzifəsinə 11 ay bundan əvvəl təyin edilib.

Milli.Az