Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Instagram resursu gözyaşardıcı qazı tətbiq edən Honkonq polisi ilə etiraz və toqquşmalardan ibarət çoxlu şəkil yerləşdirib. Instagramın rəsmi mətbuat xidməti bazar günü əlçatmaz olub. Eyni zamanda Asiya KİV-i yazır ki, bir çoxları Honkonqdakı etirazlar haqda xəbərlərlə bağlı Instagram resursuna müraciət edir.
Xidmətdə şəkillərin çoxu # OccupyCentrali # OccupyHK heşteqləri ilə dərc edilir. Reuters agentliyi yazır ki, hər iki heşteq Çinin Weibo bloq xidmətində bloklanıb.
Milli.Az