"Əl-Əmr beynəl-əmreyn" nə deməkdir?

29 Sentyabr 2014 19:57

Milli.Az islam.az-a istinadən bildirir ki, bu sözün tərcüməsi "iki işin arasında oan bir iş, orta yol" deməkdir. Bu söz İmam Cəfər Sadiqin (ə) bir hədisindən götürülüb. Məlumdur ki, iradə azadlığı məsələsində iki ifrat tərəf vardır. Bunlardan biri insanın iradə azadlığını tamamilə rədd edir, məcburiyyəti müdafiə edir. Bunlara "cəbrilər" deyilir.

Əks tərəf isə mütləq iradə azadlığını dəstəkləməklə, əslində Allahın heç bir işə qarışa bilmədiyini iddia edir. Bunlara "qədərilər" və ya "təfviz əhli" deyirlər. Amma doğru yol bunların arasındadır. Nə ifrata, nə fə təfritə uymaq düzgün deyil. Doğru olan İslam əqidəsinə görə, insan iradə azadlığına malikdir, amma bu azadlıq qeyri-məhdud deyil. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Nə cəbr əqidəsi düzdür, nə də təfviz. Bu iki yolun arasında orta bir yol vardır; haqq odur".
 

Milli.Az