Yenilənmiş Honda Civic - FOTO

29 Sentyabr 2014 22:47
Honda yenilənmiş Honda Civic Type R konseptini elan edib. Modelin premyerası Paris avtosalonunda nəzərdə tutulub. Hetç buraxılışı 2015-ci ilin əvvəlinə planlaşdırılan seriya versiyasına önbaxışdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, içliyi baxımından təzə konsept əvvəlki versiyadan fərqlənmir - burada da 280 a.g. hasil edən iki litrlik 4 silindrli turbo mühərrikdən istifadə edilib. Onun dinamik göstəriciləri haqqında Honda şirkətində məlumat verilmir, lakin onların Type R tarixində ən yaxşı göstəricilər olacağı vəd edilir.

Civic Type R Concept II fərqləndirici xüsusiyyətləri əsas göy rəng və arada işlənən qara və qırmızı rəngli detallarla tərtibatı və mühərrikin və asqının "+R" adlandırılan "döyüş" rejimidir. Avtomobili trekdə sürmək üçün nəzərdə tutulan rejimi sükanda olan xüsusi düymənin köməyi ilə aktivləşdirmək olar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.