Bakıda avtobusda oğurluqla məşğul olan narkoman tutulub

29 Sentyabr 2014 14:19
Bakıda avtobusda oğurluq etmiş Bakı şəhər sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də 86 saylı xətt avtobusunda Bakı şəhər sakini Dünyaxanım Lətifovanın çantasından 40 manatını və sənədini oğurlamış paytaxt sakini Elxan Racov tutulub. Tutularkən ondan 0,291 qram heroin götürülüb.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az