Azərbaycanda qəbristanlıqda bıçaqlanma
29 Sentyabr 2014 14:03
Ucarda qəbristanlıqda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Ucar rayonunun Qazıqumlaq kənd qəbristanlığında kənd sakini Dayandur Hacıyev münaqişə zəminində həmkəndlisi Emil Xasməmmədova bıçaqla xəsarət yetirib.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Hacıyev tutulub.
Milli.Az