UEFA Çempionlar Liqasının qrup mərhələsində səfərdə CSKA ilə qarşılacaq "Bavariya"nın üzvləri Moskvada gərgin anlar yaşayıblar.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, oteldə yanğın siqnalının verilməsi təşvişə səbəb olub. "Bavariya"lı futbolçular və məşqçi heyəti ədyala bürünərək küçəyə çıxıblar. Ciddi bir hadisənin olmadığı müəyyənləşdikdən sonra onlar otaqlarına qayıdıblar.
Qeyd edək ki, CSKA - "Bavariya" matçı sabah keçiriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




