Bakıda evdən qaçan məktəbli qızın dəhşətli sonu - YENİLƏNİB

29 Sentyabr 2014 19:10

Evdən qaçan qız daha sonra tapılıb və anasına təhvil verilib


19:10


 Bu gün Bakıda baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Nizami rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, ötən həftə 15 yaşlı Hacıyeva Qəmər Gülağa qızı evdən qaçıb. Q.Hacıyeva itkin düşmüş kimi axtarışda olub. Sentyabrın 28-dən 29-na keçən gecə, 24-cü polis bölməsinin əməkdaşları qızı tapıb. Polis əməkdaşları Q.Hacıyevanı çətinliklə anasına təhvil veriblər. Q.Hacıyeva evə qayıtmaq istəməyib.

Bildirilir ki, qızla anasının münasibətləri qaydasında olmayıb. İntiharın baş verdiyi vaxt evdə onun anası və dayısı olub. Polislər qızı evə gətirdikdən sonra o, öz otağında qapanıb və səhər saatlarında özünü 6-cı mərtəbədən atıb.

Q.Hacıyevanın atası yoxdur. O, ailədə yeganə uşaq olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


----------
13:12

Bakıda 15 yaşlı qız intihar edib


Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 37 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qəmər Gülağa qızı Hacıyeva yaşadığı binanın 6-cı mərtəbəsindən özünün ataraq intihar edib.

Qeyd edək ki, Q.Hacıyeva Bakı şəhərində yerləşən 250 saylı orta məktəbin 9-cu sinif şagirdi olub.

Milli.Az