Sabiq "Aslan" Fransa nəhəngində

29 Sentyabr 2014 14:49
"Qalatasaray"dan ayrılan təcrübəli mütəxəssis Roberto Mançiniyə Fransadan elçi düşüblər.

Milli.Az fanatik.com.tr-ə istinadən xəbər verir ki, italyan mütəxəssisi Fransanın PSJ klubu heyətinə qatmaq istəyir. Belə ki, PSJ son günlər heç də yaxşı günlərini yaşamır və Loran Blanın gedəcəyi gözlənilir. Yaxın günlərdə klub rəhbərliyinin Mançini ilə danışıqlara başlanacağı da bildirilir.

Milli.Az