Yasaq toy mərasimlərinə də şamil olunmaqdadır. Əslində əhalinin gözləntisi ehsan süfrələrindən çox, şadlıq evlərindəki menyuya "əl gəzdirmək" idi. Çünki yas mərasimlərində ehsan könüllü şəkildə verildiyi halda, toylarda restoranlar məcburi menyu təqdim edirlər.Siyavuş Novruzovun anonsunun ardınca yas məclislərində olan qadağanın şadlıq evlərinə tətbiqinə başlandı, nişan və sünnət toyları da yasaqlanır; bəzi restoranlar hökumətin tövsiyəsinə əməl edir, bəziləri isə göstərişə hələlik məhəl qoymurlar...