"Kitayski" dünyanın iç üzü

29 Sentyabr 2014 13:33

Çin və çinlilər barədə bilmədiyimiz gerçəklər; onlar, demək olar ki, hər şeyi saxtalaşdırmağın yolunu öyrəniblər...

Elə gün olmur ki, dilimizdə, mətbuatda Çinlə bağlı maraqlı xəbərlər, məlumatlar dərc edilməsin. Amma bunları toplu halında oxuyanda ortaya ilginc bir dosye çıxır... Bu da Çin haqqında bilmədiklərimizin toplusudur.

Pekində hava elə çirklidir ki, bir gün boyunca bu şəhərdə nəfəs almaqla gündə 21 ədəd siqaret çəkmək arasında elə də böyük fərq yoxdur. Çox vaxt şəhər tüstü buludunun altında olanda insanlar da maskalarla gəzməyə məcbur olur.

Çində yaşayan xalqın təxminən 100 milyonu gündə 1 dollara öz keçimini təmin etməyə çalışır. Çinlilər hər il təxminən 4 milyon pişik yeyir. Onların it yediyi məlum hadisədir. Son illərdə çinlilər itləri yeməkdən daha çox, onlara digər dünya insanları kimi ev heyvanı olaraq baxmağa meyllənmiş durumdadırlar. Çinlilər yemək yemək üçün hər il 45 milyard yemək çubuğundan istifadə edirlər.

Ketçupun tərkibində pomidor tapılmaz. Ketçup bir balıq sousu olaraq ilk dəfə çinlilər tərəfindən istehsal olunub. Çində yaz aylarında yumurtalar kişilərin sidiyi ilə qaynadılır və bahar ləzzəti adı altında satışa çıxarılır!

Təxminən 30 milyon çinli Çində mağaralarda yaşayır. Ölkədə hər 30 saniyədən bir bir körpə qüsurlu doğulur. Burada həmçinin, xristianların sayında artım var, hazırda Çində 54 milyon xristian yaşayır.

Polisdə it əvəzinə qaz yeyirlər

Çində bir uşaq sahibi olmaq zəruriliyi üzündən ildə 1 milyon qız dölü götürülür və minlərləsi küçələrə atılır.

Yaponya İkinci Dünya müharibəsi zamanı Çini zəhərli birələrlə bombalayıb.
Çində "PlayStation" istifadəsi qadağandır.

Çində "McDonalds" ilk mağazasını açarkən tətbiq dünyayla müqayisədə olduqca fərqli idi. Çinlilər həmişə avtomobillərində yeməklərini yedikləri halda, avtomobillərini park edib içəri girərək yeməklərini yeyirdilər.

Çində polislər polis bölmələrində it əvəzinə qaz əti yeyirlər; çünki qazlar insanlara görə uzağı daha dəqiq görə və reaksiya verə bilirlər.

Ən uzun tıxac Çində olub

ABŞ-ın San-Fransisko şəhərindəki hava çirkliliyinin üçdə biri Çindən qaynaqlanır və Çin sərhədlərindən şəhərə girir.

2009-cu ilə qədər Çində ibtidai təhsil məktəblərinin əsas sponsoru məşhur bir tütün markası idi.

Çin ən böyük oyuncaq istehsalçısı və ixracatçısıdır. Dünyada oyuncaqların 70 %-ni istehsal edir.

Çində bir zaman qıdıqlamaq bir işgəncə metodu idi - həm işgəncəni edən iz buraxmırdı, həm də adam özünə tez gəlirdi.

Dünya tarixində ən uzun yol tıxacı Çinin Şanxay şəhərində olub. 12 gün davam edən tıxacın uzunluğu 99 kilometr olub.

Dünyada yaşayan hər 5 insandan 1-i çinlidir...

1973-cü ildə ABŞ əhalisinin artması üçün Çindən 10 milyon çinli qadının ABŞ-a göndərilməsi təklif edilmişdir. Bu təklif ABŞ-ın rəsmi qeydlərində var. (Mənbə: Bloomberg)
Çində bir çox gənc qız gərdək gecəsindən əvvəl qızlıq pərdəsini əvvəlki halına çevirmək üçün 700 dollar ödəyərək əməliyyat olunur.

Çində bir ildə həyata keçirilən edam sayı dünya ilə müqayisədə dörd dəfə çoxdur.

Qatarda çalışanların başlarını dik tutmaları üçün boyunlarına doğru baxan bir iynə yaxalarına sancılır. Bu halda kimsə başını önə əyib, sağa - sola hərəkət etdirə bilməz.

Çinin Chongqing bölgəsində telefon asılılarının təhlükəylə üzləşməmələri üçün xüsusi bir yol salınıb.

Tualet kağızını 14-cü əsrdə çinlilər istehsal ediblər. O zamanlar tualet kağızları yalnız imperatorların istifadəsi üçün idi.

Uçurtmalar ilk dəfə Çində ortaya çıxıb. O zamanlar düşmənləri qorxutmaq üçün istifadə edilirdi.

İsti su içirlər, çubuq kəşf ediblər və...

Çinlilər çox hallarda özləri ilə termosda isti su və ya çay gəzdirirlər. Onlar soyuq qış günlərində, eləcə də bürkülü yay günlərində həmişə isti su içməyə üstünlük verirlər. Hətta çin restoranlarına gedərkən masaya ilk gələn isti su olur.

Çinlilər isə yeməkdən əvvəl və sonra isti su içərək mədələrinin əziyyətə düşməsini əngəlləyirlər.

Çinlilər soyuq içkilər içərkən və ya soyuq qidalar yeyərkən daxili orqanların daha çox yığıldığına, mövcud problemləri daha da çətinləşdirdiyinə inanırlar. Yağlı tavanı soyuq suda yumağa çalışın. Yağlar donar və yapışar. Amma həmin tavanı isti suda yusanız, yağı asanlıqla təmizləyər.

Çinlilərin yeməklərini çox kiçik parçalar halında yemələrindən çubuq istifadə etdikləri aydın olur. Çində o vaxtlar yalnız zənginlər masada oturardılar. Xalqın əksəriyyəti qabları əllərində yemək yeyərdilər. Bir əlləriylə qablarını tutar, o biri əlləri ilə çubuq istifadə edərək bəslənərdilər. Sürətlə artan əhali üzündən yemək çətinliyi çəkən çinlilər önlərindəki yeməyi kiçik parçalar halında çoxaldaraq yeyirdilər. O zamanlar ağac çətinliyi səbəbilə də taxta istifadəsi məhdud idi. Masa istifadəsi buna görə çox çətin idi. Çubuqları fil dişindən və sümükdən hazırlayırdılar.

Çində Şanxay universitetinin alimləri özütəmizlənən paltar icad ediblər. Unikal texnologiya ilə hazırlanmış paltar üzərində olan ləkələri özü aradan qaldırır. Bunun üçün paltarı bir neçə saat gün işığına çıxartmaq kifayət edir. Funksional paltar bundan başqa, geyimdən çıxan tər və digər xoşagəlməz qoxuları da aradan qaldırmağı bacarır.

Çinli alimlər paltarın istehsal sirrini gizlətməyiblər. "Titan iki oksid" və azotun birləşməsindən əmələ gətirilən mürəkkəb maddəyə turşu neytrallaşdırıcısı olan trietilamin əlavə edilib və məhlul 12 saat ərzində qatışdırılıb. Daha sonra məhlula paltarın əsasını təşkil edən pambıq parçalar əlavə edilərək 100 dərəcə selsidə qatışdırılıb.

Sonda əmələ gəlmiş materiala Günəş işığına həssas olan gümüş-yod hissəcikləri əlavə edilib.

Funksional paltarın sınaqları uğurla həyata keçirilib. Belə ki, çinli mühəndislər paltara narıncı boya ləkəsi salaraq gün işığına çıxarıblar. 2 saat gün işığında qalmış paltarda boya ləkəsinin 71 faizi yoxa çıxıb. Paltar bir neçə dəfə sınaqdan keçirilib. Unikal geyim təkrar yuyulmadan sonra da öz funksionallığını itirməyib.

Yüngül sənaye sahəsində böyük inqilab etmiş alimlər artıq bir sıra iri parça və geyim istehsalçılarının marağına səbəb olub. Geniş istehsal prosesinə başlanılacağı təqdirdə paltarın isti yay aylarında həddən ziyadə tərləməkdən və gündəlik paltar dəyişməkdən əziyyət çəkən insanların yeni funksional paltarlara tələbatını artıracağı proqnozlaşdırılır.

Saxta it, saxta ət və...


Pekin firması qida üçün "ağıllı çöp" ixtira edib. Bu çöpün xüsusi özəlliyi ondadır ki, yeyinti məhsullarının tərkibindəki zəhərli və zərərli maddələri xüsusi ötürücülü qurğu vasitəsi ilə müəyyən edir.

Yeməyin tərkibində zəhərli maddələr aşkar olunmadıqda çöpə quraşdırılmış qurğuda yaşıl işıq yanır, əks halda isə qırmızı işıq yanaraq xəbərdarlıq edir. Gələcəkdə tərtibatçılar qurğunun funksionallığını artırmaq barədə də düşünüblər.

Belə ki, qida çöpünün təkmilləşdirilməsi və yeməyin temperaturunu, koloriliyini müəyyən edə bilməsi üzərində iş gedir. Xatırladaq ki, Çində qida məhsullarının təhlükəsizliyi əsas problemlərdən biridir. Buna qədər 2008-ci ildə süd məhsullarının tərkibinə xüsusi maddənin normadan artıq qatılması səbəbindən xeyli sayda insan dünyasını dəyişmişdi.

Hər şeyin saxtasını çıxarmağa öyrəşən çinlilər indi də ətin üzərində işləyirlər.

Saxta yumurta qalmaqalı ilə gündəmə gələn çinlilər indi də ətin saxtasını hazırlayıblar. Belə ki, onlar donuz ətinin qiymətinin artması ilə əlaqəli olaraq saxtakarlığa əl atıblar. Saxta ət əldə etmək üçün onlar bişmiş toyuq ətini özəl kimyəvi vasitələr ilə qarışdırıblar. Nəticədə bir saat içində bu əti inək və ya donuz ətinə "çevir"ə bilirlər. Saxta ətin gerçəyinə bənzəməsi üçün onun içərisinə can ətindən hazırlanan biftek qoxusu verən maddələr də qatılıb.

Çinlilər demək olar ki, hər şeyi saxtalaşdırmağın yollarını öyrəniblər. Onların budəfəki hədəfi məşhur alman çoban itidir. Artıq bu itlərin də Çin versiyası var. Mövcud olan bütün markaların saxtasını hazırlayıb ucuz qiymətə dünya bazarına ixrac edən çinlilər dünya kubokuna da əl atıb. Gömrük əməkdaşları rəsmi olmayan saxta dünya kuboklarını yoxladıqdan sonra ölkədən çıxışına icazə verir.

"Yeni Müsavat"