İbrahimoviç Qvardiolanı günahlandırdı

29 Sentyabr 2014 12:56

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç keçmiş baş məşqçisi Pep Qvardiola haqda danışıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, "Barselona"da oynadığı dönəmdə 2010-cu ildə Çempiolar Liqasının yarımfinalında həmin vaxt komandanı çalışdıran Qvardiolanın yanlış qərarlarına görə uduzublar:
 

"Dünyanın ən güclü komandası idik. Amma Çempionlar Liqasının kubokunu qazana bilmədik. Çünki Pep Qvardiola yanlış qərarlar verdi".

Milli.Az