Azərbaycanda 50 yaşlı qadın özünü öldürdü

29 Sentyabr 2014 11:26

Beyləqanda intihar hadisəsi baş verib

Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1964-cü il təvəllüdlü rayon sakini Ağayeva Nazilə Oruc qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az