Dünyanın sonu artıq başlanıb - VİDEO

29 Sentyabr 2014 12:17

Çoxları dünyanın sonundan, məhşərdən danışır, yazır, müzakirə edirlər. Vaxtlar, tarixlər təyin olunur, hətta "dəqiq gün"dən bəhs olunur.

Halbuki dünyanın sonu bəlkə də başlanıb.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, dünyanın sonu kataklizmlər, daşqınlar, zəlzələlər, vulkanlar və digər fəlakətlər deyil.

Dünyanın sonu bizim insanlıqdan çıxdığımız zaman başlanacaq.

Bu videolara baxmaq yetər.
 

Hindistanın paytaxtı Dehlinin zooparkında pələng volyerdə onlarla insanın gözləri qarşısında adamı parçalayır və bu video internetdə baxış rekordları vurur.
 

Bu çəkilişin müəllifi, yəqin, qürrələnir, uğur qazandığını düşünür. Kimlərsə, bəlkə, ona paxıllıq edir, belə "möhtəşəm kadrlar" çəkməyi arzulayır.

Halbuki pələngin parçaladığı o biçarəni xilas etmək olardı. 15 dəqiqə sərasər o insan bağırıb, nalə çəkib.
 

Amma yox - adamı yırtıcıdan qurtarmaq əvəzinə, durublar, baxıblar, mobil telefonla çəkiblər.

İnternetdə belə videolar çoxdur, lap çox.
 

Qəza baş verir, maşında insanlar qan içində qıvrılırlar - ətrafdakılar durub olayı telefonla çəkirlər.

Niyə belə olur? Siz nə düşünürsünüz?

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.