UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

29 Sentyabr 2014 11:07
Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına növbəti dəfə təyinat alıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, H qrupunun "Şaxtyor" (Donetsk) - "Portu" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
 

Qeyd edək ki, "Şaxtyor" - "Portu" görüşü sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az