O, sağaldı

29 Sentyabr 2014 15:07

"Real"ın futbolçusu Pepe zədəsini sağaldıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi artıq məşqlərə başlayıb. Onun Çempionlar Liqasında oktyabrın 1-i keçiriləcək "Lodoqorets"lə matçdan meydanda olacağı gözlənilir.
 

Qeyd edək ki, Pepe La Liqada "Vilyareal"la oyunda zədələnib. Bu səbəbdən o, bir müddətdir ki, komandasına kömək edə bilmir.

Milli.Az