Millimizin rəqibləri müəyyənləşdi

29 Sentyabr 2014 11:46

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən gün I qrup mərhələsinin görüşləri başa çatıb.

Belə ki, baş tutan 5 turdan sonra mərhələ adlayan "16-lığın" adına aydın gəlib. Bu siyahıda olan Azərbaycan millisi də II qrup mərhələsində rəqiblərini tanıyıb. D qrupunda yer alan komandamız Çin, Yaponiya və Belçika ilə birgə A qrupunda ilk 4 yerin sahibi İtaliya, Dominikan Respublikası, Xorvatiya və Almaniya ilə birgə mübarizəni E qrupunda davam etdirəcəklər. Bu zaman hər bir yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır.

Artıq qrupumuzun təqvimi də açıqlanıb. İlk matçımızı ev sahibləri İtaliya yığmasına qarşı keçirəcəyik.
 

Azərbaycan millisinin oyunlarının təqvimi

1 oktyabr

I tur

23.00 İtaliya - Azərbaycan

Bari. "PalaFlorio" salonu.
  

2 oktyabr

II tur

20.00 Dominikan Respublikası - Azərbaycan

Bari. "PalaFlorio" salonu.
 

4 oktyabr

III tur

23.00 Xorvatiya - Azərbaycan

Trieste. "PalaTrieste" salonu.
 

5 oktyabr

IV tur

20.00 Almaniya - Azərbaycan

Trieste. "PalaTrieste" salonu.
 

Çin

3

3

0

9-2

258-204

8

Italiya

3

2

1

8-4

266-217

7

Dominikan R

3

3

0

9-6

323-303

6

Yaponiya

3

1

2

7-7

293-300

5

Belçika

3

1

2

4-6

227-226

3

Xorvatiya

3

1

2

5-8

244-296

3

Azərbaycan

3

1

2

3-8

202-250

2

Almaniya

3

0

3

5-9

281-298

2


Milli.Az