Bakıda ana və qızını maşın vurub, ana ölüb

29 Sentyabr 2014 10:34

Bakıda ana və qızını maşın vurub

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elşən Rüstəmov idarə etdiyi "Nissan" markalı avtomobillə 1961-ci il təvəllüdlü Çimnaz Ələkbərovanı və qızı, 1989-cu il təvəllüdlü Arzu Tahirini vurub.

Nəticədə Ç.Ələkbərova hadisə yerində ölüb, A.Tahiri isə xəstəxanada yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az