Başqasının 22 min manatı boğazından keçmədi
29 Sentyabr 2014 10:16
Bakıda dələduzluq edən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 20-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Mikayıl Rəhimov tutulub.
Məlum olub ki, o, Zaqatala rayon sakini Ziyəddin Musayevin etibarından sui-istifadə edərək, 22000 manat alıb və qaytarmayıb.
Milli.Az