Suriya BMT qətnaməsindən razı qaldı

29 Sentyabr 2014 11:37

Bu barədə Suriyanın informasiya naziri Umran Əl-Zubi açıqlama verib

Suriya BMT-də terrorçu qruplar barədə qəbul olunan qətnamədən razı qalıb.

Anspress-in məlumatına görə, Suriyanın informasiya naziri Umran Əl-Zubi verdiyi açıqlamada bildirib ki, bu, Suriya üçün qələbədir:

"ABŞ-ın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının dini ekstremistlərlə döyüşmək üçün ölkəyə səfərlərə qadağa qoyan qətnaməsi bizim üçün çox əhəmiyyətlidir".

Qeyd edək ki, ABŞ İŞİD-ə qarşı hava hücumları əməliyyatlarının üç ildir terrorçularla müharibə aparan Suriya hakimiyyətinin xeyrinə olmayacağını bildirir.

Milli.Az