"Yarasalar" bu dəfə bacarmadılar - VİDEO

29 Sentyabr 2014 12:01

İspaniya La Liqasında 6-cı turun oyunları başa çatıb. Son oyun günüdə "Real Sociedad" - "Valencia" oyunu daha böyük maraqla gözlənilirdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 15-ci dəqiqədə Karles Jil hesabı açıb. Alkaserin başla ötürməsini saxlamadan qapıya göndərən futbolçu "Valencia"nı hesabda önə çıxarıb. San Sebastyanlılar 36-cı dəqiqədə tarazlığı bərpa ediblər. Serxio Kanalez, Diyeqo Alveşin qoruduğu qapıya yol tapıb. İkinci hissədə tərəflərin cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayıb.
 

Real Soceidad 1-1 Valencia

Qollar: Kanalez (36) Karles Jil (15)
 

La Liqanın 6-cı turunda aşağıdakı nəticələr qeydə alınıb:
 

Elche 0 - 1 Celta Vigo

Villarreal 0 - 2 Real Madrid

Barcelona 6 - 0 Granada

Atletico Madrid 4 - 0 Sevilla

Athletic Bilbao 0 - 0 Eibar

Levante 0 - 2 Rayo Vallecano

Getafe 1 - 0 Malaga

Deportivo La Coruna 0 - 1 Almeria

Real Sociedad 1 - 1 Valencia

Cordoba 0 - 0 Espanyol
 

Turnir cədvəlinə 16 xalla "Barcelona" başçılıq edir. Onun ən yaxın izləyiciləri "Valencia" və "Atletico Madrid"in 14 xalı var. La Liqanın debütantı "Cordoba" 3 xalla sonuncu pillədədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.