Gecə klubunda atışma: xeyli sayda yaralı var

29 Sentyabr 2014 10:07

Atışma nəticəsində biri ağır olmaqla 15 nəfər yaralanıb

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində gecə klubunda atışma baş verib. Atışma nəticəsində biri ağır olmaqla 15 nəfər yaralanıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, yaralılar arasında azyaşlı uşaqlar da var. Məlumata görə, yaralıların təxminən yarısının 18 yaşı tamam olmayıb.

Polis hadisənin motivlərini və cinayətkarı müəyyənləşdirmək istiqamətində istintaq başladıb. Azyaşlıların gecə saatlarında içki klubunda olması istintaqın diqqət mərkəzində olan əsas məsələlərdən biridir.

Milli.Az