Qadın həmrəyliyi qalib gəldi, nazir istefa verdi

29 Sentyabr 2014 11:01

İspaniyada hamiləliyin dayandırılmasına qarşı cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi ləğv edilib

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, İspaniyada qadınlar bu xəbəri bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar. Paytaxt Madriddə və Barselona şəhərində fəallar məhkəmədə qazanılan qələbəni yürüşlərlə qeyd ediblər. Yürüşlərə minlərlə qadın qatılıb.

Anti-abort qanunu ölkənin ədliyyə naziri Albert Ruis Qalyardon tərəfindən tədqim olunmuşdu. Qanun layihəsi hətta Xalq Partiyasının qanunvericiləri arasında da çoxsaylı tərəfdarlar toplaya bilməmişdi. Ədliyyə naziri ötən gün məhkəmədə yaşanan uğursuzluqdan sonra vəzifəsindən istefa verib.

Milli.Az