"Futbol belə oynanılmır"

29 Sentyabr 2014 12:23

"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik".

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov "Simurq"a məğlub olduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
 

Gənc çalışdırıcı futbolçularından ciddi şəkildə narazılığını ifadə edib: "Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".

Milli.Az