Rusiya təcrid olunmaqdan qorxur

29 Sentyabr 2014 12:07

Lavrov: Rusiya-ABŞ münasibətlərini "yeniləməyə" ehtiyac var

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü Rusiyanın özünütəcrid vəziyyətinə keçmək istəmədiyini bildirərək, ABŞ-la münasibətlərin "yenilənməsi" çağırış edib.

Anspress-in məlumatına görə, Lavrov bu münasibətlərin pozulmasının təşəbbüskarı olmadıqlarını bildirib:

"Biz bu münasibətlərin normallaşdırılmasında maraqlıyıq və həmin münasibətlərin pozulmasının təşəbbüskarı olmamışıq. Ola bilsin ki, indi bu münasibətlərin "yenilənməsinə" ehtiyac yaranıb", - deyə Sergey Lavrov Rusiya televiziyasına müsahibəsində bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Moskva ABŞ-la münasibətlərdə bu cür vəziyyətin "qeyri-müəyyən vaxtadək uzanmasında maraqlı deyil".

Eyni zamanda, Sergey Lavrov Rusiyada nüvə silahı da daxil silah arsenallarının təzələnməsi vaxtının yetişdiyini qeyd edib.

Onun təbirincə, arsenalların təzələnməsi Rusiyanın silah yarışına başlamaq niyyəti kimi yozulmamalıdır.

Milli.Az