Peruda zəlzələ: ölənlər var

29 Sentyabr 2014 09:55

Kusko şəhərində baş verən zəlzələ nəticəsində azı 8 nəfər ölüb

Perunun cənub-şərq regionunda rixter cədvəli ilə 5.1 bal gücündə zəlzələ olub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, zəlzələnin episentri Kusko şəhərində, 8 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar şəhərin bir neçə məntəqəsində dağıntılar törədib. Nəticədə azı 8 nəfər ölüb.

Lakin ölü sayının artacağı ehtimalları da yüksək qiymətləndirilir.

Bu gün Peru prezidenti Olyanta Umalanın da təbii fəlakət bölgəsinə səfəri gözlənilir.

Milli.Az