Boliviyada yaşayan aymara tayfasının mənsubları şər ruhları qovmaq üçün qədim ayinlər və ənənələrdən yararlanırlar.
Onlar katolik olsalar da, əcdadlarının inanclarını unutmurlar.
Milli.Az European-a istinadən bildirir ki, isveçrəli fotoqraflar Rafael Verona və Tomas Rusey aymaraların yaşamlarını, inanclarını əks etdtirən fotoseriya hazırlayıblar. Onlar aylarla aymaralar arasında yaşayıblar.
Altiplano platosunda yaşayan aymaralar Boliviya ilə yanaşı, Peru və Çilidə də ömür sürürlər.
Aymaralar həftənin müəyyən günlərində səhərədək yatmır, xüsusi libaslar geyərək tanrılarına və tanrıçalarına dualar edirlər.
"Özümüzü şər ruhlardan qorumağa çalışırıq. Paçamama o ruhların ən pisi, ən bədidir. Meri və Supay da bizə zərbələr vurmağa çalışırlar", - aymaralar deyiblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.























