Küldə ölənlərin sayı 30-u keçdi - FOTO

29 Sentyabr 2014 10:52

Yaponiyanın Naqano prefekturasındakı Ontake vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
 

Naqano prefekturasının hakimiyyət dairələrinin yaydığı rəsmi açıqlamada deyilir: "Ontake dağının yamaclarında nəbzi vurmayan 30 nəfər tapılıb".

Yaponiyada ölümü səhiyyə strukturları tərəfindən rəsmən təsdiqlənməmiş insanlar barədə belə məlumat verilir.
 

Vulkanın püskürdyü məkanda xilasetmə əməliyyatları davam edir. Prosesə Yaponiya Özünümüdafiə Qüvvələrinin 557 hərbçisi və helikopterlər cəlb olunub.
 

Vulkan püskürəndə Ontakedə 368 alpinist və turist vardı. Onların tam əksəriyyəti aşağı aparılıb. Lakin yamacın yüksəkliklərində hələ də 40 nəfərin qaldığı deyilir.
 

Alpinist və turistlərin 75 nəfəri xəstəxanaya aparılıb, onların 30 nəfərinin vəziyyəti ağırdır.
 

Ontake isə kül püskürməyə davam edir. Tüstü sütununun hündürlüyü 10 kilometrə çatır.
 

Vulkan püskürməsinin fəsadları artıq Yaponiyanın mərkəzindəki Honsyu adasının bir neçə bölgəsində hiss olunur.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.