Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bill Klintonun qızı Çelsi və onun əri Mark Mezvinskinin ilk övladlarına Şarlotta adı verilib.
"Mark və mən çox sevinirik, bəxtəvərik. Qızımız Şarlotta Klinton Mezvinski bizə bir dünya bəxş etdi, - Çelsi Klinton Twitter-dəki profilində yazıb. - Bətnimdəki körpəmin cinsini doğuşa qədər bilmirdim və bunu bilməyə də çalışmırdım. Həyatımızda o qədər az sirr var ki... Ərimlə mən bu sirdən 9 ay həzz almaq fikrinə düşdük. Vaxtı çatanda Tanrının bizə hədiyyəsindən xəbər tutacaqdıq".
34 yaşlı Çelsi Klinton Nyu-Yorkun Manhetten səmtindəki "Lennox Hill" hospitalında ana olub. Məşhur müğənni Beyons da məhz bu hospitalda qızı Blyu Ayvini dünyaya gətirmişdi.
Çelsinin hospitalda 3 gün qalması onun ailəsinə 5 min dollara başa gəlib.
Çelsi Klinton hospitalı tərk edəndə onu əri ilə yanaşı, valideynləri Bill və Hillari Klintonlar qarşılayıblar.
Bill Klinton çox sevinirdi.
"İlk nəvəmdir. Sevincimi ifadə etməyə çətinlik çəkirəm. Hillari də sanki cavanlaşıb", - Bill Klinton söyləyib.
Milli.Az
















