50 yaşlı aktyor GQ jurnalına verdiyi müsahibəsində bildirib ki, illərlə qeyri-rəsmi nikahda yaşadığı Ancelina Coli ilə toyu onun həyatında önəmli məqamlardan biri idi.
Milli.Az bildirir ki, B.Pitt söyləyib: "Nikahın, sadəcə, söz olduğunu düşünmürəm. Avqustun sonlarında Ancelina ilə nikahımızı, ailəmizi rəsmiləşdirdik. Nikah adi kəlmədən qat-qat artıq, önəmli nəsnədir".
Yaxın dostu, şənbə günü Venesiyada 36 yaşlı britaniyalı vəkil Əmal Əlamuddinlə toy etmiş aktyor, 53 yaşlı Corc Klunidən bəhs edərkən Pitt söyləyib: "Corc həddən artıq çılğın, eyni zamanda emosional, həyatdan kam almağa çalışan insandır. Onun toyu məni çox sevindirdi. Ümid edirəm ki, o, artıq lənətə gəlmiş subay deyil".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



