Britaniyanın ən məşhur aktrisa və modellərindən olan Kelli Bruk nişanlısı Devid Makintoşdan ayrılandan sonra depressiyaya qapılması, spirtli içkilərlə "dərdini dağıtmağa çalışması" barədə deyilənlərin yalan olduğunu söyləyib.
O, dünən Qərbi Hollivudda idi.
34 yaşlı Kelli çox şən, təravətli görünürdü.
Milli.Az TMZ-yə istinadən bildirir ki, iki gün əvvəl 28 yaşlı nişanlısı Devid Makintoşla bütün münasibətləri kəsən Kelli Bruk kameralar qarşısında pozalar verərək "Hər şey əladır" söyləyib.
Onun sözlərinə görə, Devid Makintoş xəyanətkardır: "O, rəfiqəm Sarpa Harperi də aldadıb. Saraya söylədim ki, qəm yeməsin. İkimiz də daha yaxşısına layiqik".
Milli.Az
Böyütmək üçün şəkillərə klkləyin.










