Yaponiyada 31 nəfər küldə yanaraq öldü

29 Sentyabr 2014 09:18

Ölkədə vulkan dəhşəti davam edir

Yaponiyanın mərkəzində, Hönsü adasında yerləşən Ontake vulkanı artıq 3-cü gündür püskürməyə davam edir.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, vulkanın kül buludu püskürməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb. Məlumata görə, onların əksəriyyəti dizə qədər hündürlükdə kül qatının içində yanaraq ölüb.

Ontake vulkanının yerləşdiyi Ontake dağı alpinistlər arasında məşhur bölgə olduğu üçün azı 250 nəfərin də dağa qalxan yolda təcrid olunduğu ehtimal edilir. Vulkanın fəallaşması aviasiya üçün təhlükə törətsə də, axtarış əməliyyatı həyata keçirən hərbi helikopterlər vulkana yaxın məsafədə uçmaq məcburiyyətindədir.

Bu, 3067 metr hündürlüyü olan Ontake vulkanının son 35 ildə ilk püskürməsidir.

Milli.Az