Yəməndə xəstəxananın qarşısında terror: 15 ölü
29 Sentyabr 2014 09:06
Yəmənin Marib (ölkənin mərkəzi hissəsi) əyalətində sentyabrın 28-də üsyançıların (xousitlər) qərargah kimi istifadə etdiyi xəstəxananın yanında minalanmış avtomobil partladılıb. Ən azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
Trend İTAR-TASS agentliyinə istinadən bildirir ki, bu barədə ərəb KİV-ləri məlumat verir.
Terrorçu idarə etdiyi avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıb.
Hücuma Əl-Cafra rayonunda yerləşən xəstəxana məruz qalıb.
Terror aktına görə məsuliyyəti öz üzərinə "Əl-Qaidə" ilə bağlı "Ənsər aş-Şaria" qruplaşması götürüb.
Milli.Az