İşıq dirəyi sürücünün onurğasını əzdi - FOTO
29 Sentyabr 2014 09:02
Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Samux rayonu Sərkar kənd sakini, 32 yaşlı Emin Məmmədov "VAZ-2107" markalı avtomobillə Gəncə şəhəri Poçt qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü Emin Məmmədov ətrafdakıların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin müayinədən sonra yaralıda bir neçə xəsarət aşkarlayıblar. Xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra yaxınlarının təkidi ilə ambulator müalicəyə göndərilib.
Rəfail Əsədov, həkim: "Xəstə rentgen müayinədən keçirilib. Diaqnozu onurğanın bel nahiyəsinin əzniyi olub. Lazımi kömək göstərilib və yaralı xəstəxanada qalmaqdan imtina edib. O, ambulator müalicə üçün evə buraxılıb".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

