Gülben Ergen ərə getdi - FOTO

29 Sentyabr 2014 09:37

Müğənni bu evlilikdən sonra həyat yoldaşının soyadını qəbul edib

Türkiyənin tanınmış müğənnisi Gülben Ergen bir müdətdir birlikdə olduğu sevgilisi Erhan Çeliklə ailə həyatı qurub.

Anspress-in verdiyi məlumata görə, müğənni əvvəlki evliliyindən fərqli olaraq yeni həyat yoldaşının soyadını qəbul edib. Bu barədə İnstagram hesabından məlumat yayan Ergen "bundan sonra soyadım Çelikdir" deyib.

""Əvvəl etimad sevgidən sonra gəlir - qəbulmu?" - dedi. "Bəli" dedim. Sonra "hörmət" dedi, qəbulmu, "bəli" dedim. Sənin analığın, mənim atalığım ömür boyu prioritetimiz dedi. "Qəbulmu?" deyə soruşmadı. Əlimi heç buraxmadan yaşamaq istərəm. Amma sən demək, biz demək, oğullar demək, ailə olmaq deməkdir. Sevgili olmağı ailəmizin tavanında yaşayaq. Sənin gülün - mən, heç solmayacaq. Qəlbim dedim... Soyadı artıq soyadım. Çelik..." - deyə müğənni hisslərini ifadə edib.

Xatırladaq ki, Gülben Ergen bundan əvvəl biznesmen Mustafa Ərdoğan ilə evli olub və cütlüyün bu izdivacdan Atlas, Ares və Güney adlı 3 oğlu olub.

Milli.Az

Böyütmək üçün şəkillrə klikləyin.