"Opel" ağaca çırpıldı: 5 nəfər yaralandı

28 Sentyabr 2014 10:00
Ötən gün axşam saatlarında Şabran rayonu ərazisində ağır yol qəzası baş verib.

Anspress-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 20 km aralı) "Opel " markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə "Opel" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətilə xəstəxanalara çatdırılıb.

"Opel" markalı minik avtomobilində olan 5 nəfər sərnişin (2 nəfər kişi və 3 nəfər qadın) yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Milli.Az